Dünya

Meksikada etirazçılar prezident sarayının qapısını qırdılar – FOTO

Sharing is caring!


Meksikanın paytaxtında bir qrup etirazçı prezident sarayına soxulmağa cəhd ediblər və binanın qapılarından birini qırıblar.

Məlumata görə, bir qrup maskalı gənc Mexikoda yerləşən Moneda prezident sarayının bir nömrəli girişində qapını sıradan çıxarıb. Etirazçılar qapını qırmaq üçün Federal Elektrik Komissiyasının avtomobilindən istifadə ediblər.

Ərazinin təhlükəsizliyini təmin edən hərbi polis hücumçuları dağıtmaq üçün gözyaşardıcı qazla cavab verib.

Bundan əlavə, hərbçilər saray binasına girişin qarşısını almaq üçün barrikadalar qurublar.

Hücum zamanı Meksika prezidenti Andres Manuel Lopez Obrador gündəlik mətbuat konfransı keçirən binada olub.

Hücum edənlər Lopez Obradorla görüş tələb ediblər və 2014-cü ildə kənd müəllim hazırlığı kollecinin 43 tələbəsinin yoxa çıxması ilə bağlı aparılan araşdırmanın gedişatına aydınlıq gətirilməsini istəyiblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir