Dünya

Ermənipərəst senatora qarşı daha bir ittiham

Sharing is caring!


Korrupsiyada, eləcə də Misir və Qətər üçün xarici agent kimi işləməkdə ittiham olunan ABŞ-nin Nyu Cersi ştatının senatoru Robert Menendez ədalət mühakiməsinə mane olmaqda ittiham olunub.

Çərşənbə axşamı Nyu-Yorkun Cənub Dairəsi məhkəməsi məlumat bazasında dərc edilən yenilənmiş rəyə senatora və onun həyat yoldaşına qarşı əvvəllər irəli sürülən bütün ittihamlara “ədalət mühakiməsinə mane olmaq” bəndi əlavə edilib.

Qeyd edək ki, iş üzrə məhkəmə iclası mayın 6-na təyin edilib.

Xatırladaq ki, Menendez erməni həyat yoldaşı ilə birgə uzun illər ABŞ-də anti-Türkiyə və anti-Azərbaycan qüvvələrinin dayaqlarından biri olub. O, Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir