Dünya

İran: Rekord qıran dollar, artan qiymətlər və qəzəbli xalq – VİDEO

Sharing is caring!


“Seçkilərdən sonra dolların qiymətinin artacağı ilə bağlı narahatlıq vardı, elə də oldu”.

Bu sözləri tanınmış İran iqtisadçısı Qüdrət İmamverdi mediaya açıqlamasında deyib. 

“Seçkilər sırf siyasi hadisə deyil, valyuta bazarına da əhəmiyyətli təsir göstərir. Cəmiyyətin gözləntisi bu idi ki, seçkilər şəraitində mühüm valyuta bazarları sabit saxlanacaq, amma hələ seçkilərə bir neçə gün qalmış dolların qiyməti artmağa başladı və bu proses hələ də davam edir”, – o əlavə edib.

Doğrudan da, martın 4-də İranda bir ABŞ dollarının məzənnəsi yeni rekord qıraraq 60 min tüməni keçib.  Bu kontekstdə iranlı iqtisadçı ekspert Ehsan Soltaninin dərc etdiyi araşdırma ölkədəki vəziyyətin dramatikliyini bütün çılpaqlığı ilə ortaya qoyub. 

1964-2024-cü illər ərzində İranda dolların qiymətini əks etdirən diaqramdan aydın olur ki, bu müddətdə dollar 600% bahalaşıb. Ən çox bahalaşma isə son on ildə qeydə alınıb. Belə ki, 2014-cü ildə dolların qiyməti üç min tümən olub, yəni qeyd olunan dövrdə İranda dolların qiyməti 20 dəfə bahalaşıb. Bu da ölkədə inflyasiyanın yeni dalğasına və əhalinin daha geniş kütlələrinin yoxsulluq girdabına yuvarlanmasına yol açıb.

Eyni zamanda, faktlar İbrahim Rəisi hökuməti dövründə guya inflyasiyaya səbəb olan amillərin tormozlandığı barədə İran İqtisadiyyat Nazirliyinin elə dünən yaydığı hesabatda əksini tapmış iddianın əsassızlığını üzə çıxarıb. Halbuki daha öncə İran Mərkəzi Bankının açıqladığı hesabatda ölkədə inflyasiyanın 55% civarında olduğu bildirilmiş və bu gedişlə 1995-ci ilin 49%-lik inflyasiya rekordunun qırılacağı vurğulanmışdı.

Mənbə: Azad İran

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir