Dünya

Haitidə silahlı qruplaşma ölkənin əsas hava limanını ələ keçirməyə cəhd edib

Sharing is caring!


Haitinin paytaxtı Port-o-Prinsdə silahlı quldurlar ölkənin əsas beynəlxalq hava limanını ələ keçirməyə cəhd ediblər.

Qeyd olunub ki, quldurlar Haitidə yaranmış ağır vəziyyətlə əlaqədar fəaliyyətini dayandırmış Tussen Luvertür hava limanına daxil olaraq onu ələ keçirməyə cəhd ediblər.

Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə cinayətkarlar arasında atışma baş verib.

Atışmanın ortasında qalan hava limanın mülki əməkdaşları qaçmaq məcburiyyətində qalıblar.

Xatırladaq ki, Haitidə artıq bir müddətdir siyasi vəziyyət gərgin olaraq qalır. Ötən gün Haiti hakimiyyəti silahlı dəstələrlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən qarşıdurmaya görə paytaxt Port-o-Prinsdə ən azı üçgünlük fövqəladə vəziyyət və komendant saatı tətbiq etmək qərarına gəlib.

Mənbə: Associated Press

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir