Dünya

Rusiyada şir 14 yaşlı məktəbli qıza hücum edib – FOTO

Sharing is caring!


Rusiyanın Saratov şəhərində yerləşən müəssisələrindən birinin ərazisində şir 14 yaşlı məktəbli qıza hücum edib.

Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, yırtıcı Saratov müəssisəsində volyerdə saxlanılıb.

Qolundan xəsarət alan qız xəstəxanaya çatdırılıb. Həkimlər ona lazımi yardım göstəriblər.

Hadisədən sonra müstəntiqlər yoxlama təşkil ediblər. Hadisənin baş verdiyi şərait müəyyənləşdirilir.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir