Dünya

“Latsio” – “Milan”: Bir qol, iki qırmızı kart – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasında 27-ci turun “Latsio” – “Milan” matçında gərgin anlar yaşanıb.

Oxu.Az xəbər verir ki, komandalar Romadakı “Stadio Olimpiko”da qarşılaşıblar.

Matçı Marko Di Bellonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

“Latsio”nun iki futbolçusunun qırmızı kart aldıqları oyunun 88-ci dəqiqəsində görüşdə yeganə olan qolu “Milan”ın  hücumçusu Noa Okafor vurub.

İtaliya çempionatının 27 turundan sonra “Milan” 56 xal toplayıb və üçüncü pillədədir. Öz növbəsində, eyni sayda oyundan sonra “Latsio” 40 xal qazanaraq səkkizinci yerdə qərarlaşıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir