Dünya

Ruben Rubinyan: “Ermənistan bu gün Türkiyə ilə münasibətlərin tam normallaşmasına hazırdır”

Sharing is caring!


“Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi gedir”.

Ermənistan KİV xəbər verir ki, bunu Milli Assambleyanın vitse-spikeri Ruben Rubinyan Antalya Diplomatik Forumu çərçivəsində Cənubi Qafqazda sülhün bərqərar olması mövzusunda keçirilən panel müzakirəsində deyib.

“Ermənistan Türkiyə ilə münasibətlərin tamamilə normallaşmasına və sərhədlərin açılmasına indi də, bu gün də, sabah da hazırdır”, – o deyib.

Rubinyan vurğulayıb ki, Türkiyə təmsilçisi Serdar Kılıç razılaşarsa, bunu indi açıqlaya və forumu tarixi forum edə bilərlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir