Dünya

ABŞ diplomatı Kubaya casusluğunu etiraf edib

Sharing is caring!


ABŞ-nin Boliviyadakı keçmiş səfiri Viktor Manuel Roça məhkəmədə Kubaya casusluğunu etiraf edib.

Bu barədə mətbuatda dərc edilən məhkəmə sənədlərində qeyd olunub.

Viktor Manuel Roça 2023-ci ilin dekabrından casusluq da daxil olmaqla hökumətə qarşı müxtəlif cinayətlər törətməkdə ittiham olunurdu.

Əsas ittiham Viktor Manuel Roçanın 1981-ci ildən etibarən Kuba ilə əməkdaşlıq etməsi, Vaşinqtona qarşı kəşfiyyat toplama missiyasını yerinə yetirməsindən ibarət olub.

V.M.Roça Boliviyadakı diplomat fəaliyyətindən savayı, 1981-2002-ci illərdə ABŞ Dövlət Departamentində işləyib. Bundan başqa, o, 1994-1995-ci illərdə Ağ Evin Milli Təhlükəsizlik Şurasında çalışıb və təxminən 2006-2012-ci illərdə ABŞ Cənub Komandanlığının müşaviri olub.

İlk məhkəmə iclaslarında istintaqın ittihamlarını qəbul etməyən Viktor Manuel Roça ittiham tərəfinin inandırıcı sübutlarından sonra Kubaya casusluğunu etiraf edib.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir