Dünya

Naomi Kempbellinin multimilyonçu ilə sevgi romanının təfərrüatı məlum olub – FOTO

Sharing is caring!


90-cı illərin supermodeli Naomi Kempbellin Səudiyyə Ərəbistanından olan multimilyoner Məhəmməd Əl Turki ilə münasibətdə olduğu bildirilir.

Naomi Kempbell sosial tədbirlərdə tez-tez Mohammed Al Turki ilə birlikdə görünür. Fevralın əvvəlində supermodel və multimilyonçu BAFTA Mükafatlarında birlikdə olublar. İnsayderin sözlərinə görə, ulduzlar qırmızı xalçada pozalar verib, daha sonra bütün gecəni bir yerdə keçiriblər.

“Naomi çox seçici adamdır. Məhəmmədlə yaxın münasibəti yaranıb. Onları moda və sənət sevgisi birləşdirir və çoxlu ortaq dostları var. Naomi onunla Dubayda idi və həmişəkindən daha xoşbəxt görünür. Birlikdə çox vaxt keçirirlər. Hazırda sadəcə dostluq olsa belə, onların arasında qığılcım var”, – deyə qeyd olunur.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir