Dünya

Donald Tramp şəxsi malikanəsində avropalı liderə görüş təyin etdi – FOTO

Sharing is caring!


ABŞ-nin keçmiş prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbanla Floridadakı Mar-o-Laqo malikanəsində görüşməyi planlaşdırır.

Bu barədə “Bloomberg” agentliyi öz mənbəsinə istinadən məlumat verib.

Bildirilir ki, görüş martın 8-də baş tuta bilər.

“Mar-a-Laqodakı görüş Trampın seçki kampaniyasında xarici siyasət məsələlərinə təsirini necə artırdığını göstərir”, – deyə məqalədə bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir