Dünya

Paşinyanın öz partiyası ilə qapalı görüşünün təfərrüatı məlum oldu: Münhendə nələr danışılıb?

Sharing is caring!


Ermənistan baş naziri Nikol Paşinyan özünün “Vətəndaş sazişi” partiyasının deputatları ilə qapalı görüş keçirib.

Görüş zamanı Paşinyanın iştirak etdiyi Münhen Təhlükəsizlik Konfransında keçirilən görüşlər və bununla bağlı məsələlər müzakirə edilib.

Nikol Paşinyan və partiya üzvlərinin üç saata yaxın davam edən danışıqlarına dair bəzi detallar məlum olub.

Xatırladaq ki, ötən həftə, fevralın 16-18-də Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında iştirak edib və bu konfrans çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə, həmçinin Almaniya Kansleri Olaf Şoltsla görüşüb.

Partiya üzvləri ilə görüşün əvvəlində Ermənistan baş naziri Münhen səfəri ilə bağlı öz dəyərləndirmələrini təqdim edib. O vurğulayıb ki, Qərb platforması vasitəsilə İlham Əliyevlə təmasların bərpası faktını və ümumiyyətlə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə, regionda sülh və sabitliyin təmin edilməsinə yönəlmiş digər işgüzar görüşləri müsbət hesab edir.

Paşinyan bildirib ki, Münhendə fevralın 28-29-da Berlində Ermənistan və Azərbaycan Xarici İşlər nazirliklərinin rəhbərlərinin nümayəndə heyətlərinin görüşünün keçirilməsi ilə bağlı razılıq əldə olunub. Eyni zamanda, əlavə edib ki, sülh sazişinin imzalanması prosesi qeyri-müəyyən mərhələyə qədəm qoyub.

Mənbə: Ermənistan KİV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir