Dünya

Emre Belözoğlundan “Fənərbağça” azarkeşlərinin təhqirlərinə cavab – VİDEO

Sharing is caring!


Ziraat Türkiyə Kubokunun 1/4 finalında “Fənərbağça”nın “Ankaragücü”yə 3:0 hesabı ilə uduzduğu və kubokla vidalaşdığı oyunda “fənər”li azarkeşlərin “Ankaragücü”nün baş məşqçisi Emre Belözoğluna qarşı təhqiramiz ifadələri matça damğasını vurub.

Klubunun qələbə sevincini yaşayan Emre Belözoğlunun buna reaksiyası gündəm olub. Baş məşqçi “Fənərbağça” azarkeşlərinin ona ünvanladığı təhqirlər qarşısında kədərlə tribunalara baxıb və başını yelləyib.

Belözoğlu matçdan sonra bununla bağlı açıqlamalar verib.

“Bunu yaşayacağımı heç düşünməzdim… Mən “fənərli” Emreyəm. İnsanlar mənə küçədə bu sevgini hiss etdirdilər. Çox kədərliyəm. Allah mənə 150 ​​il ömür versəydi, heç vaxt belə bir şey ağlıma gəlməzdi. Emre Belözoğlunu yaxından tanıyanlar bilirlər ki, həqiqətən də “Fənərbağça”nı qəlbimin ən gözəl yerində saxlayıram. Amma yaşananlara layiq deyildim. Küçədə azarkeşlərin məni nə qədər sevdiklərinin şahidi oldum. Hər zaman “fənərli” Emre olaraq qaldım. Amma “Fənərbağça”ya qarşı oynayarkən bir idmançı və ya baş məşqçi nə etməlidirsə, onu etdim. Bundan başqa “Fənərbağça” əleyhinə bircə açıqlama belə verə bilmərəm”, – deyə futbolçu qeyd edib.

Mənbə: Hürriyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir