Dünya

Qərbdən Ukraynaya döyüşmək üçün hərbçilər gəliblər? – AÇIQLAMA + VİDEO

Sharing is caring!


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, gecə səhərə qədər Poltava və Xarkov vilayətləri güclü hava hücumuna məruz qalıblar:

“Hava hücumları dronlar və “İskəndər” tipli ballistik raketlər vasitəsilə həyata keçirilib. Rəsmi məlumata əsasən, sözügedən ərazilərə 11 dron və iki “İskəndər” tipli ballistik raketdən hücumlar olub. Ballistik raketlərin Ukrayna Hava Hücumundan Müdafiə Sistemi tərəfindən qarşısı alındığı bildirilsə də, onların qalıqları ciddi dağıntılara səbəb olub”.

Qeyd edilib ki, Ukrayna Xarici İşlər Nazirliyi xaricdə yaşayan ukraynalılara çağırış edib:

“Bildirilib ki, xaricə getmiş ukraynalılar geri qayıtsınlar. Bu, yəqin ki, səfərbərlik qabağı bir çağırışdır. Çünki ötən gün də artıq bununla bağlı qanun layihəsi ilkin mərhələdə təsdiqləndi. Beləliklə, Ukraynada yeni səfərbərliyin dalğası gözlənilir. Bundan başda, Ukraynaya ilk dəfə Qərbdən döyüşməyə hərbçilər gəliblər”.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir