Dünya

Rusiya benzin ixracına qadağa qoyur

Sharing is caring!


Rusiyanın Baş naziri Mixail Mişustin 2024-cü il martın 1-dən benzin ixracına qadağa qoyub.

Məlumata görə, qadağa altı aylıq dövrü əhatə edəcək. Müvəqqəti ixrac qadağası Aİİ ölkələri, Monqolustan, Özbəkistana tədarükün razılaşdırılmış həcmlərinə təsir etməyəcək.

Qadağa təklifi baş nazirin müavini Aleksandr Novakdan gəlib. Fevralın 21-də baş nazirə göndərdiyi məktubda o, yaz-tarla işləri, neft emalı zavodlarında planlı təmir işləri, eləcə də yay tətili ilə əlaqədar yaxın vaxtlarda daxili bazarda yanacağa tələbatın artacağını vurğulayıb.

“Neft məhsullarına olan tələbatı tarazlamaq üçün daxili neft məhsulları bazarında qiymətlərin sabitləşməsinə kömək edəcək tədbirlər görmək lazımdır”, – Novak bildirib.

Mənbə: RBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir