Dünya

Kolumbiyada aylardır davam edən meşə yanğınlarından qorxunc görüntülər – FOTO/VİDEO

Sharing is caring!


Kolumbiyada 2023-cü ilin noyabrından başlayan meşə yanğınları hələ davam edir, həmin vaxtdan bəri təxminən 7401 hektar meşə sahəsi məhv olub.

Bu barədə ölkədə fəlakət risklərinin idarə edilməsi bölməsinin nümayəndələri bildiriblər.

Məlumata görə, yanvar ayında 278 yanğın qeydə alınıb, onlardan 20-si hələ də aktivdir, 12-si artıq lokallaşdırılıb, 245-i isə tam söndürülüb.

Ən təhlükəli olanlar isə Boqotanın şərq təpələrində baş verən yanğınlardır. Tüstü bütün paytaxt ərazisini bürüyüb.

Qeyd edək ki, davam edən yanğınlar, həmçinin mart ayı üçün mənfi proqnozlar səbəbindən hökumət ölkədə fövqəladə vəziyyət elan edib.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir