Dünya

Tanzaniyada dəhşətli qəza baş verib: 25 nəfər ölüb – FOTO

Sharing is caring!


Tanzaniyada zənciravri ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qeyd olunur ki, ölkənin şimalında baş verən qəzada yük maşını ilə üç minik avtomobili toqquşub.

Hadisədə aralarında Keniya, ABŞ və Cənubi Afrika vətəndaşları da daxil olmaqla 25 nəfər həlak olub, 21 nəfər isə yaralanıb.

Tanzaniya prezidenti Samia Suluhu Həsən qəza ilə bağlı başsağlığı verib.

Mənbə: AFP

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir