Dünya

Rusiyada 10 yaşlı uşaq dördüncü mərtəbədən yıxıldı, evə qayıdaraq anasına zəng etdi

Sharing is caring!


Moskvada gəzintiyə çıxmaq istəyən 10 yaşlı uşaq dördüncü mərtəbədən yıxılıb.

Məlumata görə, 44 yaşlı Metroqorodok sakini olan ana həmin vaxt mağazada olub. O, uşağı evdə qardaşı və xəstə babası ilə birgə qoyub.

Azyaşlı qapı bağlı olduğundan çölə eyvandan çıxmağa çalışıb, lakin özünü saxlaya bilməyərək yıxılıb.

Bildirilir ki, uşaq qar yığınına düşüb və yıxıldıqdan sonra qalxaraq mənzilə qayıdıb və anasına zəng edə bilib. Qadın təcili yardım çağırıb.

Uşaq qabırğalarının sınığı və qarın divarının əzilməsi diaqnozu ilə xəstəxanaya aparılıb.

Polis əməkdaşları ailə ilə söhbət etməyi planlaşdırırlar.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir