Dünya

İspaniyada rusiyalı iş adamlarına aid yüz milyonlarla avroluq mal-mülk aşkarlandı

Sharing is caring!


İspaniya Mülki Qvardiyası ölkə ərazisində 357 daşınmaz əmlak, yeddi yaxta və 10 təyyarə aşkarlayıb ki, bunların Avropa sanksiyalarına məruz qalan rusiyalı sahibkarlarla əlaqəli olduğu iddia edilir.

Bu barədə EFE agentliyi məlumat verib.

Məlumata görə, krallığın hüquq-mühafizə orqanları ümumilikdə 450-dən çox aktivi müəyyən edə bilib.

Söhbət yüz milyonlarla avro dəyərində olan daşınmaz əmlak və digər aktivlərdən gedir.

Neçə obyektin dondurulması barədə qərar olduğuna dair dəqiq məlumat olmasa da, bu nisbətin çox yüksək olduğu qeyd edilir.

Bununla belə, agentlik hesab edir ki, Ukraynada münaqişənin davam etdiyini nəzərə alsaq, görünür, Avropa sanksiyaları istənilən effekti verməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir