Dünya

Balotelli Şahruddinlə komanda yoldaşı oldu – FOTO/VİDEO

Sharing is caring!


İtaliyalı hücumçu Mario Balotelli Türkiyə Superliqasında çıxış edən “Adana Demirspor” klubu ilə azad agent kimi müqavilə imzalayıb.

“Klubumuz Mario Balotelli ilə birmövsümlük müqavilə bağlayıb, müqavilənin müddətini daha bir il uzatmaq imkanı var”, – deyə klubun Mətbuat Xidmətindən bildirilib.

Xatırladaq ki, bir gün əvvəl 32 yaşlı Balotelli İsveçrənin “Sion”u ilə müqaviləsinə xitam vermişdi.  İtalyan futbolçu “Sion”da 19 oyun keçirib və altı qol vurub.

Ümumilikdə isə o, İtaliya millisində 36 oyun keçirib, 14 qol vurub və beş məhsuldar ötürmə edib.

Balotelli əvvəllər “Monza”, “Breşiya”, “Marsel”, “Nitsa”, “Liverpul”, “Milan”, “Mançester Siti”, “İnter” və “Adana Demirspor”da çıxış edib.

Qeyd edək ki, “Qarabağ” klubunun keçmiş qapıçısı Şahruddin Məhəmmədəliyev də bir müddət əvvəl “Adana Demirspor”a keçib və Türkiyə Superliqasında çıxış edən komanda ilə ikiillik müqavilə bağlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir