Dünya

ABŞ Rusiyaya qarşı yüzlərlə yeni sanksiyalar tətbiq edəcək

Sharing is caring!


ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

Bu barədə ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo “Reuters” agentliyinə müsahibəsində məlumat verib.

“ABŞ Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümü ilə əlaqədar 500-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edəcək”, – deyə Uolli Adeyemo bildirib.

Adeyemo qeyd edib ki, digər ölkələrlə tərəfdaşlıq əsasında həyata keçirilən bu tədbirlər Rusiyanın hərbi-sənaye kompleksini və Rusiyanın ehtiyac duyduğu mallara çıxışını asanlaşdıran üçüncü ölkələrdəki şirkətləri hədəf alacaq.

“Çünki Vaşinqton Moskvanı müharibəyə və müxalifət lideri Aleksey Navalnının ölümünə görə məsuliyyətə cəlb etməyə çalışır”, – deyə vurğulayıb.

“Biz burada, təkcə ABŞ-də yüzlərlə sanksiya barədə elan edəcəyik, lakin unutmaq lazım deyil ki, bu tədbirlər təkcə ABŞ tərəfindən tətbiq edilmir”, – deyə Adeyemo əlavə edib.

Mənbə: Qolos Ameriki

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir