Dünya

Zelenski Zalujnını niyə istefaya göndərdiyini açıqladı

Sharing is caring!


Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnını hansı səbəbdən istefaya göndərməsinə aydınlıq gətirib.

V.Zelenski xarici KİV-ə müsahibəsində qeyd edib ki, general Valeri Zalujnının ordunun baş komandanı vəzifəsindən azad edilməsi hərbi komandanlıq strukturunun yenidən qurulması və orduda idarəetmədə dəyişiklikdir.

Ukrayna prezidenti qeyd edib ki, söhbət fəaliyyət istiqamətini dəyişməkdən getmir.

“Biz ancaq uzun müddətdir dəyişməmiş şeylərdən danışırıq. Daha sürətli olmalı idik, bu o deməkdir ki, əlimizdə olan bütün bürokratiyanın üstündən keçməliyik. Başqa şansımız yoxdur. Biz ağıllı, texnoloji cəhətdən inkişaf etmiş və sürətli olmalıyıq. Zaman puldur, bizdə isə pul deyil, insanların həyatıdır”.

 V.Zelenski V.Zalujnıya “Ukrayna Qəhrəmanı” adının verilməsi ilə bağlı da sual da cavab verib.

“O, millətimizi və ölkəmizi müdafiə edib. Bütün bunlara görə ona çox minnətdaram və bu səbəbdən Zalujnıya “Ukrayna Qəhrəmanı” adını verdim”.

Mənbə: “Fox News”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir