Dünya

Dilan-Engin Polat cütlüyünün məhkəmə istintaqı başa çatdı: Onları hansı cəza gözləyir? – FOTO

Sharing is caring!


Çirkli pulların yuyulması və vergidən yayınma cinayətlərinə görə həbs olunan məşhur türkiyəli fenomenlər Dilan Polat və Engin Polat cütlüyünün məhkəmə istintaqı başa çatıb.

Noyabrın 5-də müvafiq maddələr üzrə həbs edilən və əmlakları müsadirə edilən cütlük iyunun 6-da Çekmeköydəki lüks villalarında ad günü təşkil edib və qonşularını narahat edib. Bununla bağlı qonşuları ilə aralarında mübahisə yaşanıb. Engin Polatın qonşusunu döydüyü, təhdid etdiyi və söydüyü məlum olub. Engin Polat qonşusunun evinə hücum edib və qonşu polis çağırıb.

Dilan-Engin Polat cütlüyü hadisə yerinə gələn polis qruplarını evlərinə buraxmayıb və ifadə vermək istəməyib. Daha sonra isə prokurorluğa aparılaraq ifadələri alınıb.

Qonşuların mübahisəsi üzrə məhkəmə çərçivəsində istintaq işi yekunlaşıb və qərar verilib. Dilan Polata 8 il 4 ay, Engin Polata isə 11 il 4 ay həbs cəzası istənilib.

Məhkəməyə göndərilən iddianamənin ardından Polat cütlüyünün tezliklə hakim qarşısına çıxarılması gözlənilir.

Mənbə: TR Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir