Dünya

Dağın zirvəsində saatda 240 km sürət: Əfsanəvi “Mount Panorama”da yeni rekord – VİDEO

Sharing is caring!


Modernləşdirilmiş “Mercedes-AMG GT3”ü idarə edən fransız yarışçısı Jül Qunon Baterstdə (Avstraliya) əfsanəvi “Mount Panorama”da yeni mütləq rekorda imza atıb. “Formula-1” üslublu DRS sistemi ilə təchiz edilmiş 650 at gücünə malik idman maşını (sportkar) idarə edən Qunon 1:56,6054 dəqiqədə dövrə vuraraq, dörd il davam edən əvvəlki rekordu iki saniyədən çox qabaqlayıb.

Qunonun iki cəhdi olub. O, birincidə artıq 1 dəqiqə 56,6054 saniyəlik zaman nəticəsi ilə dövrəni başa vurub, ancaq ikinci cəhdi maneələrə ilişdikdən sonra dayandırmaq məcburiyyətində qalıb.

“Skyline” döngəsindən əvvəl biz 240 km/saatdan daha sürətli idik – dəlilik! Saatda 240 km sürətlə dağın zirvəsində divarlar arasında sürmək sırf çılğınlıqdır. Mənim indiyə qədər keçirdiyim ən yaxşı dövrələrdən biri oldu. İkinci cəhddə divara toxundum – şanslı idim ki, hər şey yaxşı bitdi. Burada özünə inam lazımdır, amma hansısa anda dağ sizə xəbərdarlıq edir: Xeyr, xeyr, xeyr, çox arxayın olma!” – deyə Qunon rekordla bağlı təəssüratını bölüşüb.

Qeyd edək ki, əvvəlki “Mount Panorama” rekordu 1:58,690 nəticə ilə 2019-cu ildə “Brabham BT62” idman avtomobilində Lük Yulden tərəfindən göstərilib.

Mənbə: Championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir