Dünya

Norveç 15 rusiyalı diplomatı arzuolunmaz şəxs elan etdi: Casusluğa görə ölkədən çıxarılacaqlar

Sharing is caring!


Norveç 15 rusiyalı diplomatı “persona non grata” elan edib.

Onlar casusluğa görə ölkədən çıxarılacaq.

Bu barədə Norveç Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Norveç hökumətinin qərarı Avropada vəziyyətin dəyişməsi fonunda Rusiyadan gələn kəşfiyyat təhlükəsinin artmasına olan cavabdır. Norveç rusiyalıların diplomatik pərdə altında fəaliyyət göstərən aktiv kəşfiyyat zabitləri olduğunu vurğulayır.

“15 kəşfiyyat zabiti diplomatik statusları ilə bir araya sığmayan fəaliyyətlə məşğul olublar”, – deyə Norveç xarici işlər naziri Anniken Heytfeldt bildirib.

Nazir əlavə edib ki, Rusiya Norveç üçün ən böyük kəşfiyyat təhlükəsi hesab olunur. Onun sözlərinə görə, casusların fəaliyyəti uzun müddət ərzində izlənilib.

Mənbə: RBC-Ukrayna

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir