Dünya

NATO baş katibindən Ukrayna ilə bağlı ÇAĞIRIŞ

Sharing is caring!


“Ukrayna Silahlı Qüvvələri hazırda cəbhədə çox çətin vəziyyətdədir”.

Bu açıqlama ilə NATO Baş katibi Yens Stoltonberq çıxış edib.

O vurğulayıb ki, Ukrayna ordusunun çətinlik çəkməsi, həmçinin, NATO ölkələrinin Kiyevə lazımi miqdarda silah tədarük etməməsi ilə bağlıdır.

Y.Stoltonberq Avdeyevkanın Ukrayna ordusunun nəzarətindən çıxmasına da toxunub.

“Biz rusların bəzi nailiyyətlərini, o cümlədən Avdeyevkanın ələ keçirilməsini də gördük. Bu, ciddi məsələdir”.

NATO baş katibi Alyans üzvlərini Kiyevə dəstəyi gücləndirməyə çağırıb.

Xatırladaq ki, fevralın 17-də Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski qoşunların Avdeyevkadan çıxarılması barədə qərar qəbul edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir