Dünya

İranın Məhkəmə Sisteminə haker hücumu olub FOTO/VİDEO

Sharing is caring!


“Ədalət-e Əli” (Əlinin Ədaləti) adlı haker qrupu bu gün İranın Məhkəmə-Ədliyyə Sisteminin elektron bazasına kiberhücum həyata keçirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

“Biz İran hökumətinin Məhkəmə Sisteminə girməyi bacardıq. İran hökumətinin əsl simasını ortaya çıxaran sənəd və faylları əldə edə bilmişik. Biz üç milyondan çox məhkəmə işi ilə bağlı məlumatları və məxfi sənədləri ələ keçirdik”, –  deyə haker qrupu hücum haqqında sosial şəbəkə hesabında yazıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir