Dünya

Kanada Ukraynaya yüzlərlə dron göndərir

Sharing is caring!


Ottava Ukraynaya əlavə yardım paketinin bir hissəsi olaraq Kiyevə öz istehsalı olan 800-dən çox dron göndərəcək.

Bu barədə ölkənin müdafiə naziri Bill Bler məlumat verib.

“Ümumi dəyəri təxminən 95 milyon dollar olan dronlar baş nazirin (Castin Trüdo) keçən ilin iyun ayında Kiyevə səfəri zamanı təqdim etdiyi 500 milyon dollar paketdən ödəniləcək”, – deyə məlumatda bildirilib.

Qeyd edilib ki, söhbət Kanadada istehsal olunan “SkyRanger R70” dronlarından gedir. Bu dronlar hədəfləri aşkar və identifikasiya etmək üçün müxtəlif kamera sistemlərinə malik ola bilirlər. Kanadanın bu dronları aprelin əvvəlinə qədər Ukraynaya çatdıracağı gözlənilir.

Bler, həmçinin Kanadada hərbi təyinatlı məhsulların istehsalının artırılmasının zəruriliyindən də danışıb və vurğulayıb ki, istehsal müdafiə deməkdir.

2022-ci ilin fevral ayından Kanada Ukraynanın dəstəklənməsi üçün artıq 9,7 milyard dollar, o cümlədən 2,4 milyard dollar hərbi yardıma xərcləyib.

Mənbə: CTV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir