Dünya

Tehran Universitetində məcburi hicab qaydaları sərtləşdirilib – FOTO

Sharing is caring!


“Tələbə qızların geyim tərzinə və hicablarına nəzarət etmək üçün psixoloqların köməyi ilə hicab nəzarətçiləri təşkil olunub”.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu sözləri Tehran Universitetinin rektorunun müavini Mehdi Şahbazi deyib. 

“Məcburi hicab qaydalarının tətbiqi ilə bağlı universitetin müəllimələrinə də ciddi xəbərdarlıq edilib”, – Mehdi Şahbazi vurğulayıb.

Qeyd olunub ki, ötən illərdə “Qadın Həyat Azadlıq” şüarı altında etirazlarda 700-dən çox tələbə saxlanılıb. Onlardan bir neçəsi universitetlərdən qovulub, bəzilərinə isə İnqilab məhkəmələri tərəfindən ağır cəzalar verilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir