Dünya

Baydenin əcdadı cinayətkar olub

Sharing is caring!


Ağ Evin hazırkı rəhbəri Co Baydenin uzaq qohumu 160 il əvvəl Amerika Vətəndaş müharibəsi zamanı orduda bıçaqlanan və adam öldürməyə cəhddə və hərbi nizam-intizamı pozmaqda günahlandırılan Amerika prezidenti Abraham Linkoln tərəfindən əfv edilib.

Buy barədə arxiv sənədlərinə istinadən məlumat yayılıb.

“Sənədlər göstərir ki, Abraham Linkoln Baydenin ulu babasını əfv edib”, – məlumatda bildirilir.

ABŞ Milli Arxivinin qeydlərinə görə, 21 mart 1864-cü ildə Virciniya ştatında Beverli-Ford düşərgəsində Amerika Vətəndaş müharibəsinin qızğın vaxtında Baydenin ulu babası olan Mozes Robinett ilə başqa bir mülki şəxs Con Aleksander arasında dava baş verib. Hadisə nəticəsində Aleksandr bıçaqlanıb, Robinett isə adam öldürməyə cəhddə ittiham edilərək Florida ştatı yaxınlığındakı adalardan birində həbsxanaya göndərilib. O, qətlə cəhddən əlavə, hərbi intizamı pozmaqda da ittiham olunub.

Mənbə: Washington Post

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir