Dünya

Britaniya məktəblərində mobil telefonlarla bağlı QADAĞA

Sharing is caring!


Böyük Britaniya məktəblərində mobil telefonlardan istifadəyə tam qadağa tətbiq ediləcək.

Qeyd olunur ki, bu tədbir tələbələr arasında pozuntuları minimumlaşdıracaq və siniflərdə davranışı yaxşılaşdıracaq.

“İngiltərədə bu gün direktorlara verilən təlimata əsasən, mobil telefonlar məktəblərdə qadağan olunacaq”, – məlumatda bildirilir.

Qadağanı pozan və dərsə telefon gətirən məktəblilər cəza olaraq dərsdən sonra məktəbdə saxlanılacaqlar, mobil cihazlar isə qeyri-müəyyən müddətə müsadirə olunacaq.

Yeni qaydalara əsasən, müəllimlər bel çantalarında axtarış aparmaq hüququna malikdilər və itirilmiş və ya zədələnmiş telefonlara görə valideynlərin məhkəmə iddialarından hüquqi müdafiə alacaqlar.

Mənbə: The Times

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir