Dünya

Hindistan və Pakistan sərhədində zəlzələ baş verib

Sharing is caring!


Hindistanın Kəşmir bölgəsində Pakistanla de-fakto sərhədi yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, yeraltı təkanların episentri təxminən 10 min nəfər əhalisi olan Qiqlit şəhərindən 70 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 25 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir