Dünya

Finlandiya və Polşa öz ərazisində nüvə silahının yerləşdirməsinin əleyhinə çıxdı

Sharing is caring!


“Helsinki öz ərazisində ABŞ-nin nüvə silahını yerləşdirməyi planlaşdırmır”.

Bu açıqlama ilə Finlandiyanın Baş naziri Petteri Orpo çıxış edib.

Finlandiya rəsmisi bildirib ki, ABŞ-nin nüvə silahlarının Finlandiyada yerləşdirilməsinə ehtiyac yoxdur, çünki NATO nüvə silahlarından istifadədən çəkinməyi təmin edir.

“Nüvə silahları alyansın bir neçə ölkəsində yerləşdirilib və bu kifayətdir”, – deyə Petteri Orpo fikrini tamamlayıb.

Oxşar məzmunlu açıqlama ilə Polşa rəsmisi çıxış edib.

“Mən istərdim ki, bu element (nüvə silahını nəzərdə tutur – red.) ölkəmizin ərazisində olmasın”, – deyə Polşanın milli müdafiə nazirinin müavini Stanislav Vzentek söyləyib.

O qeyd edib ki, hazırkı vəziyyətdə Polşada nüvə arsenalının yerləşdirilməsi ölkənin təhdid potensialının səviyyəsini artırar.

Mənbə: Rzeczpospolita

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir