Dünya

Azərbaycanlı hərbçinin dəhşət yaşanan Avdeyevkada qəhrəmanlığı – VİDEO

Sharing is caring!


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, iki gündür Xerson və Xarkov vilayətlərində vəziyyət gərgin olaraq qalır.

“Şənbə günündən Xerson şəhəri dayanmadan dron və tank mərmilərinin hücumuna məruz qalır”, – deyə jurnalist əlavə edib.

Həmçinin qeyd edilib ki, Donetsk vilayətində ağır döyüşlər gedir.

“Ukrayna ordusu Avdeyevka şəhərini tərk edib. Bu şəhər Baxmutdan da pis vəziyyətə düşüb. Avdeyevkada gedən döyüşlərdə həmin şəhərin müdafiəsində iştirak edən briqadalardan birinin “Kaspi” ləqəbli azərbaycanlı hərbçisi üç yaralı döyüş yoldaşını mühasirədən çıxarıb”, – deyə M.Aslanov bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir