Dünya

Əfqanıstanda torpaq sürüşməsi: Onlarla insan həlak olub – FOTO/VİDEO

Sharing is caring!


Əfqanıstanın şərqində Nuristan əyalətində baş verən torpaq sürüşməsi nəticəsində azı 25 nəfər ölüb.

Bu barədə yerli rəsmi mənbələrdən xəbər verilib.

Bildirilib ki, ölənlərin əksəriyyəti qadın və uşaqlardır. Hələ də dağıntılar altında insanların ola biləcəkləri vurğulanıb.

Məlumata görə, ümumilikdə 25-ə yaxın ev dağılıb, axtarış-xilasetmə işləri davam edir.

O da qeyd edilib ki, fəlakətə uzun müddət yağan qar səbəb ola bilər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir