Dünya

Almaniya əks-kəşfiyyatının keçmiş rəhbəri sağçı partiya yaradıb

Sharing is caring!


Almaniya əks-kəşfiyyatının keçmiş rəisi Hans-Georg Maassen yeni sağçı partiya olan “Verteunion”nu (Dəyərlər İttifaqı) təsis edib.

O, 2018-ci ildə Almaniya Konstitusiyasının Müdafiəsi İdarəsinin (BfV – əks-kəşfiyyat) rəhbəri vəzifəsindən qovulub.

İddia olunur ki, siyasətçi ifrat sağçı təşkilatların yaratdığı təhlükəyə məhəl qoymamaqda ittiham edildikdən sonra postunu itirib.

Xüsusilə, o, Almaniyanın Xemnits şəhərində millətçilərin miqrantları ələ saldığını göstərən videonun həqiqiliyini şübhə altına alıb.

Maassen immiqrasiya məsələlərində getdikcə daha radikal şərhləri ilə tanınıb və ifrat sağçı fəalların qəhrəmanına çevrilib.

Mənbə: RenTV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir