Dünya

Beş saniyə ərzində xərçəng xəstəliyini aşkar edən test yaradılıb

Sharing is caring!


Tüpürcək nümunəsi əsasında süd vəzisinin xərçəngi üçün ucuz test yaradılıb.

Qeyd olunur ki, bu test beş saniyə ərzində xəstəliyi aşkar etməyə kömək edəcək.

Florida və Tayvanda tədqiqatçılar ovucun içi boyda, təkrar istifadə edilə bilən cihaz hazırlayıblar. Test zolağında (qlükometrdə istifadə olunanlara bənzər) döş xərçəngi biomarkerlərinə qarşı anticisimlər var.

Tədqiqatçılar bildiriblər ki, bu cihaz döş xərçəngini aşkar etmək üçün mamoqrafiya və ultrasəs kimi xəstəxanada aparılan prosedurlara ucuz alternativ ola bilər. Analiz müddəti hər nümunə üçün beş saniyədən az təşkil edir.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir