Dünya

Türkiyədə torpaq sürüşməsinin baş verdiyi mədənin lisenziyası ləğv edilib

Sharing is caring!


Türkiyənin Ətraf Mühit Nazirliyi fevralın 13-də ölkənin şərqindəki Ərzincan vilayətində torpaq sürüşməsi nəticəsində 9 mədənçinin öldüyü qızıl mədəninin ekoloji sertifikatını və lisenziyasını ləğv edib.

Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar daha əvvəl bildirmişdi ki, mədən 2023-cü ilin sonunda yoxlanılıb və faciəyə səbəb ola biləcək heç bir ilkin şərt aşkar edilməyib.

Şənbə günü nazir jurnalistlərə bildirib ki, fövqəladə vəziyyət zonasında axtarış-xilasetmə işləri davam edir. Səlahiyyətlilər hər gün ekoloji ölçmələr aparır və bu günə kimi ətraf mühitin və suyun çirklənməsi müşahidə edilməyib.

Mənbə: NTV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir