Dünya

Mərmərə dənizində batan gəmidən ürəkdağlayan görüntülər: “Allahım, gəmi batır…” – VİDEO

Sharing is caring!


Mərmərə dənizində Türkiyənin İmralı adasının cənub-qərbində batan “Batuhan A” adlı yük gəmisinin ekipaj üzvlərindən Hüseyn Tutukun faciədən əvvəl çəkdiyi görüntülər üzə çıxıb.

Məlumata görə, Hüseyn Tutkun gəmidə Doğuşcan Yaylak adlı heyət üzvünün yerinə işə çıxıbmış. Onun yayımladığı videoda ilk səfərində yaşadığı dəhşət anlarını lentə alınıb.

Tutkunun həyat yoldaşına göndərdiyi ürəkdağlayan kadrlarda gəminin batma anı əks olunub. Videoda dənizçinin Allaha yalvarıb dua etməsi görünür. Səhər saat 04:30 radələrində çəkildiyi təxmin edilən videoda Tutuk islandığından gecə saat 01:00-dan etibarən 5-ci və 6-cı paltarını dəyişdiyini deyir:

“Aman Allahım, kömək ol, ya Rəbbim. Altı saatdır eyni yerdəyik. Allahım, gəmi batır. Allahım, mənə kömək ol”.

Video dalğaların gəmini tamamilə örtməsi ilə bitir.

Görüntülər aidiyyəti qurumlara göndərilib.

Dəhşətli anları qeydə alan Hüseyn Tutukun üzərində xilasedici jiletin olmaması, həmçinin göyərtədə lyukların üzərini örtən mavi brezentin olması həm gəminin, həm də şəxsi heyətin tufana uyğun hazırlıqlı olmadıqlarını göstərib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir