Dünya

Mbappedən “geriyə dönüşü olmayan” addım – FOTO

Sharing is caring!


Fransalı hücumçu Kilian Mbappe İspaniyanın “Real Madrid” futbol klubu ilə müqavilə imzalayıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə insayder Ramon Alvares de Mun özünün “X” səhifəsində məlumat verib.

“Artıq geriyə dönüş yoxdur”, – deyə jurnalist əlavə edib.

Xatırladaq ki, bir neçə gün öncə Mbappenin cari mövsümün sonunda Fransanın PSJ-dən ayrılacağı barədə xəbər yayılmışdı.

Qeyd edək ki, Mbappe 2017-ci ilin yayından PSJ-də çıxış edir. Komandanın tərkibində futbolçu beşqat Fransa çempionu, üç dəfə ölkə kubokunun və Superkubokunun, iki dəfə Fransa Liqa Kubokunun qalibi olub. Bundan əvvəl futbolçu “Monako”da çıxış edib və onunla Fransa çempionluğunu da qazanıb. Mbappe Fransa millisi ilə birlikdə 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında isə gümüş medal qazanaraq, səkkiz qolla bombardir olub. 2021-ci ildə milli komandanın tərkibində forvard Millətlər Liqasının qalibi olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir