Dünya

Pataqoniyada tapılan ən qədim qaya sənəti: 30 əsrlik tarix “dərsi” – FOTO

Sharing is caring!


Argentinanın cənubunda Pataqoniya bölgəsində yerləşən mağaradakı eramızdan əvvələ aid rəsmlərinin düşünüldüyündən daha qədim olduğu ortaya çıxıb.

Belə ki, ibtidai qalereya təxminən 100 nəsil insana bilik ötürməyə xidmət edib.

Bu barədə Milli Tədqiqat Şurasının (CONICET), həmçinin Milli Antropologiya və Latın Amerikası Düşüncə İnstitutunun (INAPL) argentinalı alimlərinin “Science Advances” (“SciAdv”) elmi jurnalında dərc olunan məqaləsində bildirilir.

Məlumnata görə, yeni radiokarbon təhlil mağaradakı təsvirlərin təxminən 8 200 il əvvəl, son Holosen dövründə yaradıldığını müəyyən edib. Bu, əvvəlki hesablamadan bir neçə min il əvvəldir.

Yeraltı qalereyada arxeoloqlar tərəfindən 446 motivə görə qruplaşdırılmış 895 unikal əsər sayılıb. Elm adamları tapıntını təxminən 3 000 il davam edən bir növ tarixi xronologiya hesab edirlər.

Holosen dövrünün sonlarında bu region çox quru və isti olduğundan ovçu-toplayıcılar bu yerdən ünsiyyət üçün istifadə ediblər, mağara divarlarında rəsmlər şəklində qeydlər buraxıblar.

Bu, qəbilələrin qədim Pataqoniyanın sərt iqlimində sağ qalmasına kömək edib.

Xatırladaq ki, bundan əvvəl Britaniyada müəmmalı şəkildə əsrlərlə xarab olmayan yumurta tapılmışdı.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir