Dünya

ABŞ-də FTB Corc Vaşinqtonun portretini axtarır – FOTO

Sharing is caring!


ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Kolorado ştatında ölkənin ilk prezidenti Corc Vaşinqtonun oğurlanmış portretini axtarır.

Bu barədə FTB “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Corc Vaşinqtonun XIX əsrin əvvəlində çəkilmiş portreti tarixi əhəmiyyətə malikdir. Oğurlanmazdan əvvəl o, Kolorado ştatının Enqlvud şəhərindəki anbarda olub.

Qeyd olunub ki, FTB həm portretin özünü, həm də onu oğurlayan şübhəliləri tapmaq üçün Enqlvud polisi ilə birgə işləyir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir