Dünya

Rusiyalı taksi sürücüsündən Sevgililər Günündə maraqlı evlilik təklifi: 30 avtomobil gətirdi… – VİDEO

Sharing is caring!


Rusiyanın paytaxtı Moskvada taksi sürücüsü sevdiyi qıza maraqlı evlilik təklifi edib.

O, 14 Fevral Sevgililər Günündə 30 avtomobili qızın həyətinə gətirib və pəncərəsinin altında taksilərdən ibarət sarı nəhəng ürək düzəldib.

Taksi sürücüsü qızdan onunla evlənməsini xahiş edib. Qız sevgilisinin təklifi ilə razılaşıb və maşınların siqnalları altında “hə” cavabı verib.

Qızın müsbət cavabından sonra avtomobillərində əyləşən taksi sürücüləri eyni vaxtda siqnal verməyə başlayıblar.

Mənbə: “SHOT” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir