Dünya

Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı

Sharing is caring!


Rusiyanın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Buna səbəb Rusiya Daxili İşlər Nazirliyinin Estoniya Baş naziri Kaya Kallasın axtarışa verilməsi ilə bağlı qərarı olub.

Diplomatdan baş verənlərlə bağlı yazılı izahat tələb olunub.

Rusiyanın müvəqqəti işlər vəkili, həmçinin Latviya və Litvanın Xarici İşlər Nazirliklərinə də çağırılıb.

Xatırladaq ki, ötən gün Estoniya Baş naziri Kaya Kallas və Estoniyanın dövlət katibi Taymar Peterkop Rusiya XİN tərəfindən cinayət işi üzrə axtarışa veriliblər.

Mənbə:  RIA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir