Dünya

Kazinoda başqasının 27 milyon avrosunu uduzan litvalı təslim oldu – FOTO

Sharing is caring!


Litvada kazinoda başqasının 27 milyon avrosunu (49,5 milyon manat) uduzan biznesmen saxlanılıb.

Bu barədə Vilnüs Şəhər Dairə Məhkəməsi məlumat yayıb.

Bildirilir ki, Şarunas Stepukonis adlı biznesmen Estoniyada qeydiyyatda olan “BaltCap” investisiya şirkətinin fondunda tərəfdaş olub. O, işlədiyi şirkətdən 27 milyon avro mənimsəyib və xərcləyib.

Bildirilir ki, 2023-cü ilin oktyabrında “BaltCap” Şarunas Stepukonis tərəfindən idarə olunan infrastruktur fondu şirkətlərində şübhəli əməliyyatlar görüb. Bundan bir ay sonra – noyabr ayında “BaltCap” Stepukonis ilə müqaviləyə xitam verib və yoxlamalara başlayıb, biznesmenin rəhbərlik etdiyi departamentin maliyyə idarəçiliyində pozuntular aşkar etdikdən sonra isə hüquq-mühafizə orqanlarına müraciət edib.

Stepukonis bundan sonra xaricə gedib, Litva polisi isə onu axtarışa verib. Ancaq ötən həftə Stepukonis ölkəyə qayıdıb və Litva hökumətinə təslim olub.

O, məhkəmənin qərarı ilə iki həftə müddətinə həbs edilib.

Mənbə: Vesti.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir