Dünya

“Qarabağ”a vurulan möhtəşəm qolun müəllifi: “Qurban müəllimin məni alqışlaması xoş oldu” – VİDEO

Sharing is caring!


“Hər dəfə meydana daxil olanda komandama maksimum fayda vermək barədə düşünürəm. Buna köklənirəm. Əsas meydanda komandaya maksimum faydalı olmaqdır”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Premyer Liqasının 22-ci turunda baş tutan “Qarabağ” – “Sabah” oyununda “köhlən atlar”ın qapısına uzaq məsafədən gözəl qol vuran Tellur Mütəllimov deyib.

28 yaşlı futbolçu bildirib ki, “Qarabağ” kimi rəqiblə oyunda qol vurmaq və yaxşı nəticə qazanmaq əla motivasiyadır.

Tellur Mütəllimov vurduğu gözəl qolu alqışlayan Qurban Qurbanovun reaksiyasına da münasibət bildirib.

“Qurban müəllimin bu cür reaksiyası mənim üçün çox xoş oldu. Təşəkkür edirəm. Ümumiyyətlə, “Qarabağ”la oyunlarımız maraqlı olması ilə yanaşı, meydanda və ondan kənarda komandaların bir-birinə qarşılıqlı hörməti ilə də seçilir. Yeri gəlmişkən, “Qarabağ”a Avropa Liqasında “Braqa” ilə oyunlarında uğurlar arzu edirəm. Ümid edirəm ki uğurlu nəticə ilə hər birimizi sevindirəcəklər”, – futbolçu bildirib.

Məlumat üçün əlavə edək ki, Azərbaycan Premyer Liqasının 22-ci turunda baş tutan “Qarabağ” – “Sabah” matçı 3:3 hesablı bərabərliklə bitib. Qarşılaşmaya ikinci hissədə daxil olan Tellur Mütəllimov oyunun artırma dəqiqlərində təxminən 30 metrdən gözəl qola imza atıb.

Şəhriyar Səmədov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir