Dünya

“WhatsApp”dan videozənglərlə bağlı möhtəşəm funksiya – FOTO

Sharing is caring!


“WhatsApp” mesencerində yeni funksiya istifadəyə veriləcək.

Belə ki, istifadəçilər öz kontaktlarını “Seçilmişlər” qovluğuna əlavə edə biləcəklər.

Bu barədə şirkətin Mətbuat Xidmətindən bildirilib.

Funksiya istifadəçinin müəyyən etdiyi kontaktlar üzrə çatların siyahısını filtrləməyə və bir toxunuşla onlara zəng etməyə imkan verəcək. Yenilik mesencerdə çoxsaylı dialoqlar aparanlar üçün xüsusilə əlverişlidir. Beləliklə, prioritet danışıqlara asan və sürətli çıxış təmin ediləcək.

“Seçilmiş kontaktların təqdim edilməsi nəinki mütəmadi əlaqə saxlayan istifadəçilərlə ünsiyyət prosesini asanlaşdırır, həm də onlara öz seçimləri əsasında mesajlaşma təcrübələrini təkmilləşdirməyə imkan verən ayarlar əlavə edir”, – deyə tərtibatçıların açıqlamasında bildirilir.

Qeyd edək ki, “WhatsApp” hazırda “Seçilmişlər” kontaktlar funksiyasını inkişaf etdirmək üzərində işləyir. Onun gələcəkdə veb-müştəri yeniləməsində də mövcud olacağı gözlənilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir