Dünya

Dağıntılar altından verdiyi cavabla hər kəsi güldürən şəxs: “Qəbirdən də ensiz yerdə qaldım” – VİDEO

Sharing is caring!


Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı dörd gün dağıntılar altında qalan və bu müddəti telefonunun kamerasına qeydə alan Ahmet Erol Yılmaz hadisədən bir il sonra yaşadıqları barədə danışıb.

Onun sözlərinə görə, zəlzələ baş verəndə su içmək üçün yerindən durubmuş:

“Sarsıntı başladı, yerə çökdüm. Düşündüm ki, mənimki elə bura qədərmiş. Zəlzələ məni yeddi metr uzağa atdı. Hər şey darmadağın oldu. Dörd gün qəbirdən də dar yerdə qaldım. Neçə gün keçdiyini bilmirdim, gecə ilə gündüz bir-birinə qarışmışdı”, – deyə Yılmaz baş verənlər barədə danışıb.

O son anları yaddaşlarda qalsın deyə özünü telefonla çəkdiyini vurğulayıb.

“Telefonun cibimdəydi. Zəlzələdən 5-10 dəqiqə keçəndən, toz-duman yatandan sonra telefonumu çıxardım. Baxdım ki, dalğa tutmur. Mən də özümü çəkməyə başladım” – deyə o, bildirib.

Zəlzələdən bir il keçməsinə baxmayaraq Yılmaz həyatında problemlərin davam etdiyini deyib.

“Altı dəfə ayağımın amputasiyası riski ilə üzləşdim. Zəlzələdən sonra zəlzələni yaşadım. Zəlzələdəki təkanlardan deyil, ondan sonrakı sarsıntılar problem yaşatdı. İndiyə qədər iki dəfə əməliyyat keçirmişəm. İndi yenidən əməliyyat olacam. Yeriyə bilmirəm, qısa məsafələri də əsa ilə gedirəm. İşləmək, nəsə etmək mümkünsüz hala gəlib”, – deyə Yılmaz bildirib.

Xatırladaq ki, Ahmet Erol Yılmaz dağıntılar altında onu çağıranlara gülməli cavabı ilə gündəm olmuşdu. Belə ki, xilasedici onu adı ilə çağırır, bu da cavab verir ki, burdayam, ikinci dəfə çağırırlar, yenə deyir burdayam, üçüncü dəfə çağıranda isə gülməli cavab verib, bununla da Türkiyədə məşhurlaşır. 

Mənbə: İha.com.tr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir