Dünya

İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Aston Villa”nı məğlub edib – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasının 24-cü turunun matçında “Mançester Yunayted” səfərdə 2:1  hesabı ilə “Aston Villa”ya qalib gəlib.

Oxu.Az xəbər verir ki, “mankunian”ların hücumçusu Rasmus Hoylund 17-ci dəqiqədə hesabı açıb. Danimarkalı ardıcıl 5-ci matçda qol vurub. Meydan sahibləri 67-ci dəqiqədə Duqlas Luisin qolu sayəsində qol vura biliblər.

Skott Maktominey Erik ten Haqın komandasına qələbə qazandırıb. İkinci hissədə əvəzedici kimi meydana çıxan şotlandiyalı 86-cı dəqiqədə fərqlənib.

“Mançester Yunayted” (41 xal) bütün yarışlarda ardıcıl dördüncü qələbəsini qazanıb və Premyer Liqada altıncı pillədə qərarlaşıb. Aston Villa (46) isə turnir cədvəlində beşincidir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir