Dünya

İzmirdə daha bir taksi sürücüsü hücuma məruz qaldı – VİDEO

Sharing is caring!


İzmirdə daşla hücuma məruz qalan, qarət edilən və güllələnərək öldürülən taksi sürücüsünün ardınca bu dəfə maşınına mindirdiyi qadına görə gənc taksi sürücüsü döyülüb.

Qeyd olunub ki, hadisə fevralın 10-da saat 00:50 radələrində rayonun Ferahlı məhəlləsində baş verib.

Taksi sürücüsü Kaya Özel ona işarə edən qadını maşınına mindirdikdən sonra irəliləməyə başlayıb. Daha sonra avtomobilin arxasınca gələn şəxs taksini saxlayıb və qəfildən sürücüyə hücum edib.

Həmin anlar taksinin təhlükəsizlik kameralarına bu cür yansıyıb:

Xatırladaq ki, fevralın birində də Türkiyənin İzmir şəhərində taksi sürücüsü soyuq havada mərhəmət edib maşınına mindirdiyi müştərinin silahlı hücumuna məruz qalıb.

Mənbə: ntv.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir