Dünya

Macarıstanda yeni prezident nə vaxt seçiləcək?

Sharing is caring!


Macarıstanın istefa verən prezidenti Katalin Novakın yerinə yeni dövlət başçısı mart ayında seçiləcək.

Bu barədə hakim “FİDES – Macarıstan Vətəndaş Birliyi” partiyasının parlament fraksiyasının lideri Mate Koçiş məlumat verib.

O, konstitusiyaya əsasən prezidenti seçən Macarıstan parlamentinin Novakın istefasını təsdiqləyəcəyinə şübhə etmədiyini qeyd edib. Bundan sonra 30 gün ərzində yeni prezident seçkisi keçirilməlidir.

“Bu o deməkdir ki, Macarıstanın mart ayında yeni dövlət başçısı olacaq”, – Koçiş bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir